AZ

“Turan Tovuz”dan 50-ci qələbə

“Turan Tovuz” Premyer Liqada 50-ci qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, Qərb təmsilçisinin yubileyi Misli Premyer Liqasının XXIII turuna təsadüf edib. Tovuz klubu səfərdə “Neftçi”yə qalib gəlib – 1:0.

50-ci qələbə 131-ci matçda əldə olunub. “Turan Tovuz” evdə 26, səfərdə 24 dəfə üç xala sevinib. Qərblilər turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olub.

Qeyd edək ki, 2022/23 mövsümündən Premyer Liqada çıxış edən “Turan Tovuz” ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında əldə edib – 1:0.

Rəşad Sadıqov: “Belə oyunlar olur”

“Neftçi” “Turan Tovuz”a məğlub oldu - YENİLƏNİB

“Zirə”dən son dəqiqə bərabərliyi - YENİLƏNİB

Sport24.az saytı 9 yaşında!

Hansı oyun, hansı kanalda? - TV AFİŞA

Seçilən
75
13
apasport.az

10Mənbələr