AZ

Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 10 faiz artıb

Bakı, 10 mart, AZƏRTAC

2026-cı ilin yanvar ayında ictimai iaşə dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 117,7 milyon manat olub.

Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 91,8 milyon manat olub. Bu da ümumi dövriyyənin 77,9 faizini təşkil edib.

Seçilən
47
4
azertag.az

7Mənbələr