Bakı, 10 mart, AZƏRTAC
2026-cı ilin yanvar ayında ictimai iaşə dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 117,7 milyon manat olub.
Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 91,8 milyon manat olub. Bu da ümumi dövriyyənin 77,9 faizini təşkil edib.