AZ

“Hörmüz” gərginliyi artır: Dünya dövlətlərini təşvişə salan ŞOK OLAY

Hörmüz boğazında gərginliyin artması qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb ola bilər. Bəs bu strateji keçidin bağlanması dünya iqtisadiyyatına hansı təsirləri göstərə bilər?

Millət vəkili Azər Badamov mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında bildirib ki, Hörmüz boğazı dünya iqtisadiyyatının əsas arteriyalarından biridir.

Millət

Onun sözlərinə görə, bu boğaz vasitəsilə dünya enerji resurslarının təxminən beşdə biri nəql olunur.

Deputat qeyd edib ki, İranda davam edən müharibə ilə bağlı boğaz ətrafında gərginliyin artması artıq qlobal enerji bazarlarına təsir göstərməkdədir.

“Belə ki, müharibə başlamazdan əvvəl qlobal enerji bazarlarında neftin qiyməti 65 dollar səviyyəsində olduğu halda, gərginlik fonunda 120 dollara qədər yüksəldi. Hazırda isə qiymətlər yenidən təxminən 90 dollar səviyyəsinə qədər geriləyib. Bu da göstərir ki, boğazda gərginliyin davam etməsi enerji bazarlarında sabitlik dinamikasını pozur”, – deyə deputat bildirib.

A.Badamovun sözlərinə görə, burada söhbət yalnız neftdən getmir:

“Eyni zamanda qazın qiymətində də ciddi artım müşahidə olunur. Avropada qazın qiyməti son bir neçə gün ərzində təxminən iki dəfə artıb. Enerji daşıyıcılarının bahalaşması isə digər malların qiymətinə də təsir göstərir və qlobal inflyasiyanın sürətlənməsinə səbəb olur”.

Deputat hesab edir ki, bu baxımdan Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatını yeni qlobal böhranla üz-üzə qoya bilər.

“Buna görə də beynəlxalq ictimaiyyət İranda müharibənin tez bir zamanda başa çatması və körfəz regionunda sabitliyin bərpa olunması üçün səylərini artırmalıdır”, – deyə o, vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
82
1
konkret.az

2Mənbələr