AZ

Avropa İttifaqı enerji qiymətlərinin artmasından narahatdır

Bakı, 10 mart, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki müharibə fonunda artan enerji qiymətlərini yaxından izləyir.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen bazar ertəsi günü keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Aİ qlobal enerji bazarlarında hadisələrin inkişafını narahatlıqla izləyir, lakin blok hələlik neft-qaz təchizatı çatışmazlığı təhlükəsi ilə üzləşmir.

O qeyd edib ki, Aİ-yə üzv ölkələrin təxminən 90 günlük neft və ya ekvivalent strateji ehtiyatları var. İtkonen, həmçinin G7 ölkələrinin bazar ertəsi günü keçiriləcək görüşlərində strateji ehtiyatlardan neftin mümkün buraxılışını müzakirə edəcəklərini təsdiqləyib.

Seçilən
57
2
azertag.az

3Mənbələr