
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, açılış oyununda Türkiyənin "Qalatasaray" klubu öz meydanında İngiltərə "Liverpul"unu qəbul edəcək. “Rams Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Matçı ispaniyalı FIFA referisi Xesus Gil Manzano idarə edəcək.
Xatırladaq ki, bu komandalar arasında Liqa mərhələsində baş tutan oyun İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Günün digər matçları saat 00:00-da start götürəcək. Almaniyanın “Bavariya” klubu İtaliyada “Atalanta”nın, İngiltərə “Tottenhem”i İspaniyada “Atletiko Madrid”in, İspaniya “Barselona”sı isə İngiltərədə “Nyukasl”ın qonağı olacaq.
Qeyd edək ki, 1/8 finalın digər oyunları martın 11-də keçiriləcək.