FİFA prezidenti Canni İnfantino qarşıdan gələn 2026-cı il dünya çempionatının favoritləri barədə danışıb.
QOL.az AS-a istinadən xəbər verir ki, İspaniya millisinin çempionluğa iddiaçılardan biri olduğunu qeyd edib.
"Əlbəttə ki, İspaniya favoritlərdən biridir. Biz artıq İspaniyanın güclü tərəflərini bilirik. Reytinqdə birinci yeri tutan komanda dünya kubokunda favorit olmalıdır".
DÇ-2026 11 iyun-19 iyul tarixlərində 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.