AZ

Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil edib - FOTO

Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyinin təşəbbüsü, Dəməşq ətrafı əyalətinin Şərqi Quta bölgəsinin əl-Oteybə qəsəbəsinin Yerli Şurasının təşkilatçılığı və AR Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə, 5 və 7 mart tarixlərində Suriyada “Qardaş Azərbaycan və Suriya xalqları mərhəmət ayında birlikdə” şüarı altında iftar tədbirləri keçirilib.

Aznews.az xəbər verir ki, Bu barədəAzərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyindən məlumat verilib.

5 martda sözügedən qəsəbədə yerləşən və dağıntılar səbəbindən uzun illər ərzində fəaliyyət xaricində olan məktəbin həyətində 500 oruc tutan üçün iftar süfrələri təşkil edilib.

Yerli Şuranın rəhbərliyi və üzvləri, eləcə də qəsəbədən Xalq Məclisinin üzvü seçilən Nizar əş-Şəyibin iştirakı ilə tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Azərbaycanın Suriya ilə dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verdiyini qeyd edib. Eyni zamanda Azərbaycan-Suriya əlaqələrinin ötən il ərzindəki inkişaf dinamikasına nəzər salınıb, Ramazan ayı ərəfəsində Azərbaycan dövlətinin 2030-cu ilədək Suriyada müasir beynəlxalq standartlara uyğun 10 məktəb inşa etdirmək və 100 məktəbi təmir etdirmək öhdəsini üzərinə götürdüyü, bununla da, dost ölkənin təhsil sahəsində bərpa prosesinə töhfə verdiyi vurğulanıb.

Seçilən
45
5
aznews.az

6Mənbələr