AZ

Özbəkistanda yanacaqdoldurma məntəqələrində məhdudiyyətlər tətbiq ediləcək

BAKI, 10 mart. TELEQRAF

Hava şəraitinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar olaraq, bu gündən etibarən Özbəkistanda yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, soyuq hava səbəbindən magistral qaz kəmərlərində təzyiq azalıb. Hazırda qaz əsasən yaşayış binaları və sosial obyektlərə yönəldilir. Buna görə də, martın 10-dan etibarən stansiyalar saat 16:00-a qədər işləyəcək.

Seçilən
81
teleqraf.com

1Mənbələr