AZ

Avtomobil Yolları Dövlət Agentliyində araşdırmalar aparılır

Avtomobil Yolları Dövlət Agentliyində araşdırmalar aparılır

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması halları ilə əlaqədar araşdırma aparır.

AFN.az Oxu.Az-a istinadən xəbər verir ki, araşdırma rəqabət orqanının öz təşəbbüsü ilə başladılıb. Dövlət Agentliyinin diqqət mərkəzində olan məqam AAYDA tərəfindən müvafiq məlumatların vaxtında açıqlanmamasıdır.

Qeyd olunub ki, Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtda rəqabət orqanına təqdim edilməməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarına görə araşdırma aparılır.

Xatırladaq ki, yeni Rəqabət Məcəlləsinə əsasən, bazar subyektləri maliyyə göstəriciləri və bazar payları barədə məlumatları müvafiq quruma təqdim etməyə borcludurlar. Bu tələblərin yerinə yetirilməməsi ciddi sanksiyalar və cərimələrlə nəticələnə bilər.

Seçilən
90
11
afn.az

10Mənbələr