AZ

"Fənərbağça"nın sabiq məşqçisi hava limanında dünyasını dəyişdi

Son olaraq Livanın "Nejmeh" komandasını çalışdıran türkiyəli məşqçi Engin Fırat ötən gecə İstanbul hava limanında ürək tutmasından vəfat edib. 

Fanat.Az xəbər verir ki. bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

Bildirilib ki, 55 yaşlı mütəxəssis Beyrutdan Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib. Özünü pis hiss edən məşqçi üçün təcili yardım xidməti çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Engin Fırat bu gün Antalya şəhərinin Kəmər rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Engin Fırat məşqçi karyerasına 1997-ci ildə - 27 yaşında başlayıb. İndiyədək Türkiyənin "Samsunspor", "Antalyaspor", "Sivasspor", "Ərciyəsspor", "Fənərbağça", "Karabükspor", Cənubi Koreyanın "İnçeon Yunayted", Almaniyanın "Ayntraxt" (Frankfurt), İranın "Saypa", "Sepahan" və "Qostareş" klublarında məşqçi və baş məşqçi olub, eləcə də Moldova və Keniya yığmaları çalışdırıb. Bundan başqa, o, əvvəllər "Karabükspor", "Dallas Siti" və "Vlajniya" klublarında idman direktoru olub. Türkiyəli çalışdırıcı Livan Premyer Liqası təmsilçisində yeni vəzifəsinə ötən ay başlamışdı.

Seçilən
23
1
fanat.az

2Mənbələr