AZ

Milyarder 95 illik yubileyini belə qeyd etdi - FOTO

ABŞ-ın tanınmış mediya maqnatı, milyarder Rupert Merdok 95 illik yubileyini Nyu-Yorkun məşhur restoranlarından biri olan The Grill-də geniş və dəbdəbəli mərasimlə qeyd edib.

Bizim.Media xəbər verir ki, bayram gecəsi əsl şouya çevrilib. Məşhur aktyor və müğənni Hugh Jackman qonaqlar qarşısında çıxış edərək Frank Sinatranın klassik mahnıları — “New York, New York” və “Fly Me to the Moon”u ifa edib.

O, həmçinin The Greatest Showman filmindən və Broadway səhnəsindəki The Boy from Oz şousundan məşhur musiqiləri də səsləndirib.
 

Tədbirə bir sıra tanınmış siyasətçi və ictimai xadimlər qatılıb. Onların arasında İvanka Tramp, Jared Kushner, Tony Blair, Rishi Sunak, Andrew Lloyd Webber, William Barr, Roger Goodell, Jerry Jones və Robert Kraft yer alıb.


Bayramda Merdokun ailə üzvləri də iştirak edib: həyat yoldaşı Yelena Jukova, oğlu Lachlan Merdok və qızları Sara, Qreys və Xloe.

Merdokun həyat yoldaşı Yelena Jukova çıxışı zamanı bildirib ki, həyat yoldaşı “cəsur insandır və müdrikliyi gənclik enerjisi ilə birləşdirir”.

Merdok isə qonaqlar qarşısında çıxış edərək ABŞ haqqında belə deyib:

“Amerika ixtiraçılığın misilsiz mühərrikidir. Bu gün yalnız gələcəyə baxmaq zamanıdır”.

Robert Thomson isə Merdokun şəxsiyyəti haqqında danışaraq qeyd edib ki, onun haqqında yaradılan miflə real insan arasında böyük fərq var:

“Rupert təvazökardır, varlıdır, amma materialist deyil. Münaqişələrdən qaçır, həm cəmiyyət həyatına, həm də yüksək ədəbiyyata maraq göstərir”.

Tədbir Nyu-Yorkun məşhur Seagram Building binasında yerləşən restoranda keçirilib. Gecə musiqi, şou proqramları və tanınmış qonaqların iştirakı ilə əsl qlamur və media elitasının toplantısına çevrilib.








Bizim.Media

Seçilən
67
1
bizim.media

2Mənbələr