AZ

Amerikada UNO üzrə mütəxəssis müəmmalı şəkildə yoxa çıxıb

UNO (Uçan Naməlum Obyektlər) üzrə mütəxəssis və təqaüddə olan ABŞ Hərbi Hava Qüvvələri generalı Uilyam Makkasland sirli şəraitdə yoxa çıxıb.

Qaziler.az xəbər verir ki, bu haqda “New York Post” yazır.

Məlumatda 68 yaşlı kişinin Albukerkedəki evindən çıxdığı və bir daha geri qayıtmadığı bildirilir.

"Bu insan ABŞ-nin ən həssas sirlərindən bəzilərini beynində saxlayan bir adamdır", - deyə araşdırmaçı jurnalist Ross Kulthart bildirib.

Təqaüddə olan hərbçinin telefonunu özü ilə aparmaması ictimaiyyəti narahat edib. FTB hazırda onu axtarır.

QAZİLER.AZ

Seçilən
70
qaziler.az

1Mənbələr