AZ

Dələduzluq edən qadın "məmur" SAXLANILDI - VİDEO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.

Bu barədə Paytaxt.org-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki rəgional qrupundan məlumat verilib.

O, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Attachment

Seçilən
66
21
paytaxt.org

10Mənbələr