AZ

AFFA bu klubunu böyük məbləğdə cərimələdi

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

AFFA İntizam Komitəsi I Liqanın XVII turu çərçivəsində "Şəfa" və "Şahdağ Qusar" klubları arasında keçirilən oyunda baş verənlərlə bağlı qərar qəbul edib.

Bakıvaxtı.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Qusar təmsilçisi ümumilikdə 6510 manat, paytaxt komandası isə 210 manat məbləğində cərimələnib.

"Şahdağ Qusar"ın həkimi Müşfiq Hümmətli ilə məşqçi Babək Allahverdiyev hakimi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə aldıqları üçün klub 6000 manat, 5 futbolçusu sarı vərəqə aldığı üçün 210 manat, icraçı direktor Mirzə Bayramov isə "A buraxılışı" akkreditasiyası olmadan Zona 1-ə daxil olduğu üçün 300 manat ziyana düşüb.

"Şəfa" isə 5 futbolçusu sarı vərəqə aldığı üçün 210 manat məbləğində cərimə ödəyəcək.

Qeyd edək ki, Binə qəsəbə stadionunda keçirilən matç "Şəfa"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
2
bakivaxti.az

3Mənbələr