İran silahlı qüvvələri İordaniyadakı Almaniya hərbi düşərgəsinə hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Der Spiegel” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, “Bazar ertəsi axşamı (9 mart) Əl-Əzraq hava bazası ərazisindəki Almaniya səhra düşərgəsinə ballistik raketlər hücum edib”.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri də İordaniyadakı bu aviabazada yerləşir.
Aminə ŞAHSUVARQIZI