Azərbaycanın aparıcı banklarından olan "PAŞA Bank" ASC-nin bütün növ kart əməliyyatlarlarında fasilələr yarana bilər.
FED.AZ xəbər verir ki, bank bununla bağlı bütün müştərilərini məlumatlandırıb.
Məlumatda bildirilir ki, 11.03.2026-cı il tarixində saat 03:00-dan 05:00-dək sistemin təkmilləşdirilməsi üzrə texniki işlər aparılacaq. Bununla əlaqədar qeyd olunmuş müddət ərzində bütün növ kart əməliyyatlarında fasilələr müşahidə oluna bilər.