AZ

Qətərdə partlayış səslərindən sonra "evinizdə qalın" xəbərdarlığı

Qətərdə partlayış səslərindən sonra "evinizdə qalın" xəbərdarlığı

Qətərin paytaxtı Dohada partlayış səslərinin eşidildiyi, Daxili İşlər Nazirliyinin yüksək təhlükə xəbərdarlığı edərək vətəndaşlara evlərində qalmaları barədə çağırış etdiyi bildirilib.

AFN.az xəbər verir ki, ölkə mediasında yer alan xəbərlərdə ABŞ və İsrailin hücumlarına qarşı İrandan həyata keçirilən cavab zərbələri səbəbindən paytaxt Dohada partlayış səsləri eşidilib.

Qətərin rəsmi agentliyi QNA-da yayımlanan məlumata görə, Daxili İşlər Nazirliyi ölkəyə qarşı yüksək təhlükəsizlik təhdidi barədə xəbərdarlıq yayıb.

Nazirlik vətəndaşlara təhlükəsizlik üçün aşağıdakı qaydalara əməl etməyi tövsiyə edib:

Evdə və ya qapalı məkanlarda qalmaq;

Açıq sahələrdən və pəncərələrdən uzaq durmaq;

Yalnız rəsmi məlumatlara etibar etmək.

Müdafiə Nazirliyinin açıqlamasında ölkənin hava hücumundan müdafiə sistemlərinin aktiv olduğu və raket hücumlarına müdaxilə etdiyi bildirilib. Son məlumatlara görə, martın 10-u günorta saatlarında Dohada bir neçə güclü partlayış səsi eşidilib və dərhal ardınca sakinlərə mobil telefonlar vasitəsilə milli fövqəladə xəbərdarlıq mesajı göndərilib.

Seçilən
54
afn.az

1Mənbələr