AZ

U 20 millimizin baş məşqçisi açıqlandı

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

AFFA İcraiyyə Komitəsinin 19 fevral 2026-cı il tarixində keçirilmiş iclasında 20 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi vəzifəsinə Rui Jorgenin namizədliyi müzakirə çıxarıb və təsdiq edib."Football-plus.az" xəbər verir ki, hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Rui Jorge müvafiq millinin baş məşqçisi postuna təyin olunub. Bu barədə AFFA-nın saytı məlumat yayıb. Bildirilib ki, yaxın günlərdə AFFA rəhbərliyinin iştirakı ilə Jorgenin mətbuat konfransı keçiriləcək. Qeyd edək ki, Rui Jorge məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-10-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/09-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorge 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.Əlavə edək ki, U-20 millimiz 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FİFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
12
icma.az

10Mənbələr