AZ

Azərbaycanda nüvə planı işə düşdü AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Nazirlər Kabineti nüvə və digər kütləvi qırğın silahlarının tətbiqi ehtimalı ilə bağlı mühüm sənəd təsdiqləyib. Bu qərar əsasən insanların belə fövqəladə hallarda necə davranmalı olduğu və hansı təhlükəsizlik tədbirlərinin görüləcəyi barədə məlumatlandırılmasını tənzimləyir. Sənədin əsas qayəsini əhalinin maarifləndirilməsi təşkil edir. Belə ki, mümkün təhlükə zamanı profilaktik addımların atılması və vətəndaşların vaxtında xəbərdar edilməsi üçün konkret qaydalar müəyyənləşib. Bu addım Prezidentin 2025-ci ildə imzaladığı müvafiq sərəncamın icrasını təmin etmək məqsədi daşıyır. Qərara əsasən dövlət qurumları kütləvi qırğın silahlarının yarada biləcəyi risklərə qarşı əhalini qabaqcadan hazırlamalıdır. Bura həm mühafizə üsulları, həm də təhlükə anında həyata keçiriləcək praktiki tədbirlər daxildir. Hökumət bu qaydalarla hər hansı böhran vəziyyətində qarışıqlığın qarşısını almağı və insanların təhlükəsizliyini maksimum dərəcədə qorumağı hədəfləyir.Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a deyib ki, risk həmişə var:“Beynəlxalq birlikdə vaxtaşırı o və ya digər ciddi problem yaşanır. Həmçinin o ciddi problem ölkənin sərhədləri yanında olanda, əlbəttə ki, bu ehtimal daha yüksək olur. Bu gün Azərbaycanın həm cənub, həm şimal sərhədləri yaxınında hərbi münaqişələr var. Buna görə də riskli vəziyyətə hər bir dövlət hazır olmalıdır. Azərbaycan belə situasiyalara həmişə hazırdır. Ancaq bununla belə vətəndaşlarımızın məlumatlı olmağı, hansısa böhran vəziyyətində hərəkətləri barəsində özünü hazırlaması olduqca vacibdir. Digər tərəfdən, hansısa bir riskli vəziyyətdə böhran əlaməti olduqda çaşqınlıq yaranmaması üçün, eyni zamanda nizamsızlıq olmaması üçün hakimiyyət orqanlarının tövsiyəsinə uyğun olaraq hərəkət etmə riskin nəticələrini həmişə azaldır. Düzdür, əsas yük dövlətin üzərindədir. Azərbaycan dövləti həmişə müstəqilliyimizi, suverenliyimizi, vətəndaşlarımızın təhlükəsizliyini qorumağa hazırdır və qoruyur. Bundan sonra da bu belə olacaqdır”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
demokrat.az

1Mənbələr