AZ

Azərbaycan İrana humanitar yardım göndəribVİDEO

İrana humanitar yardım yola salınıb.

Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım göndərilib.

Yük dolu maşınlara Nazirlər kabineti aparatının məsul vəzifəli şəxsləri Astara Sərhəd-Keçid Məntəqəsinə qədər müşayiət ediblər.

Yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Yük avtomobilləri Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən keçərək artıq İran ərazisinə daxil olub. Sərhəd buraxılış məntəqəsində müvafiq prosedur qaydalarından sonra humanitar yardım İran İslam Respublikasına yola salınacaq. 

Humanitar yardımın qısa müddətdə  ehtiyacı olan insanlara çatdırılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
97
xezerxeber.az

1Mənbələr