AZ

ABŞ da mövcud ev satışları proqnozları üstələyib

Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da mövcud ev satışları proqnozları üstələyib.

Banco.az xəbər verir ki, “Milli Rieltorlar Assosiasiyası” (NAR) təşkilatının çərşənbə axşamı açıqladığı məlumatlara görə, ikinci əl mənzil satışları fevral ayında illik müqayisədə 1,7 faiz artaraq 4,09 milyon səviyyəsinə çatıb və “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların proqnozlarını üstələyib.

Yanvar ayında isə mənzil satışlarında 5,9 faiz azalma qeydə alınmışdı.

NAR-ın məlumatına əsasən, orta satış qiyməti ötən ay əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artaraq 398 min dollara yüksəlib. Bu göstərici pandemiya dövründə müşahidə olunan mənzil alış çılğınlığından sonra qeydə alınan ən aşağı artımlardan biri hesab olunur.

NAR-ın baş iqtisadçısı Lourens Yun açıqlamasında bildirib: “Mənzil əlçatanlığı yaxşılaşır və istehlakçılar buna müsbət reaksiya verirlər. Bununla belə, əməliyyatların həcminin pandemiyadan əvvəlki səviyyələrə qayıtması üçün hələ xeyli vaxt tələb olunur.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
banco.az

2Mənbələr