AZ

Arvadının keçmiş ərini beysbol dəyənəyi ilə vəhşicəsinə döydü

Voronejdə 26 yaşlı gənc, həyat yoldaşının 37 yaşlı keçmiş ərini beysbol dəyənəyi ilə amansızcasına döydüyü üçün saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Hadisə martın 7-də, Voronej sakininin bir tanışı ilə mübahisə edərək onun üzünə zərbə endirməsi ilə başlayıb. Bundan xəbər tutan hücum edənin hazırkı arvadının keçmiş əri dostunu müdafiə etmək qərarına gəlib və Yeremeyev küçəsi, 18 ünvanında görüş təyin edib.

Təqsirləndirilən şəxs görüşə həyat yoldaşı ilə birlikdə gəlib. Şifahi mübahisə kəskinləşdikdə, o, maşından beysbol dəyənəyini çıxararaq xanımının keçmiş ərini vəhşicəsinə döyüb. Zərərçəkmiş təcili xəstəxanaya yerləşdirilib və aldığı xəsarətlər ağır hesab edilib.

Seçilən
75
publika.az

1Mənbələr