AZ

“Qalatasaray”dan mühüm qələbə: “Liverpul” İstanbulda məğlub oldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İstanbulda maraqlı qarşılaşma baş tutub. Türkiyənin “Qalatasaray” klubu öz meydanında İngiltərənin “Liverpul” komandasını qəbul edib.

Musavat.com xəbər verir ki, gərgin keçən oyunda meydan sahibləri minimal hesablı qələbə qazanıblar. Matçın taleyini erkən qol həll edib.

İstanbul təmsilçisinin yeganə qolunu görüşün 7-ci dəqiqəsində Mario Lemina vurub. Bu qoldan sonra tərəflər bir neçə təhlükəli hücum yaratsa da, hesab dəyişməyib və oyun “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 18-də keçiriləcək.

 

Musavat.com

Seçilən
51
musavat.com

1Mənbələr