AZ

Trampdan növbəti şok bəyanat: "İranın 10 mina gəmisini dənizin dibinə göndərdik!"

Fars körfəzi və Hörmüz boğazında gərginlik idarəolunmaz fazaya keçib.

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabında paylaşım edərək, ABŞ hərbi dəniz qüvvələrinin İranın mina döşəyən 10 hərbi gəmisini birbaşa zərbələrlə məhv etdiyini bəyan edib. "Mənə indicə məlumat verildi ki, biz İranın 10 mina gəmisini vurduq və onlar artıq okeanın dibindədir" - deyə qeyd edən Tramp, Tehranın dəniz yollarını bağlamaq cəhdinin uğursuzluğa düçar olduğunu bildirib.

Pentaqonun və CENTCOM-un (ABŞ Mərkəzi Komandanlığı) verdiyi təfərrüatlara görə, "Epic Fury" (Epik Qəzəb) əməliyyatı çərçivəsində həyata keçirilən bu hava və dəniz hücumları İranın dənizdəki minalama qabiliyyətinə sarsıdıcı zərbə vurub. Tramp həmçinin əlavə edib ki, əgər İran boğazdakı minaları dərhal təmizləməsə, Tehranı "tarixdə görünməmiş" hərbi nəticələr gözləyir. Beynəlxalq hərbi analitiklər hesab edir ki, bu əməliyyatla İran donanmasının strateji hissəsi sıradan çıxarılıb və ABŞ regionda dəniz üstünlüyünü tamamilə ələ alıb. Ağ Evdən gələn digər bir bəyanatda isə qeyd olunub ki, İran qeyd-şərtsiz təslim olana qədər bu cür "ov" əməliyyatları davam edəcək. Hazırda regionda vəziyyət son dərəcə gərgindir və hər iki tərəf öz hərbi gücünü artırmağa davam edir.

 

Musavat.com

Seçilən
83
musavat.com

1Mənbələr