AZ

Quterreş Əraqçi ilə müzakirə apardı

BMT-nin baş katibi Antonio Quterreş İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.


Manset.az xəbər verir ki, bu barədə BMT-nin baş katibinin ofisi məlumat yayıb.

    Quterreş telefon danışığı zamanı Yaxın Şərq münaqişəsinin yayılması və onun qlobal iqtisadiyyata təsiri ilə bağlı narahatlığını bildirib.

    "Tərəflər regionda mövcud hərbi eskalasiyanı müzakirə ediblər. Baş katib əvvəlki açıqlamalarında ifadə etdiyi mövqeyi təkrarlayıb. O, bütün tərəflərin beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa hörmət etməsinin, mülki şəxslərə və mülki infrastruktura hücum etməkdən çəkinməsinin vacibliyini təkrarlayıb. O, həmçinin mövcud münaqişənin regional yayılmasından və onun qlobal iqtisadiyyata təsirindən narahatlığını bildirib", - məlumatda deyilir.

    Seçilən
    43
    3
    manset.az

    5Mənbələr