AZ

Konor yenə oktaqona dönəcəyini iddia edir

İki çəki dərəcəsində sabiq UFC çempionu Konnor Makqreqor artıq bu yay oktaqona dönəcəyini elan edib.

“Bloody Elbow” portalı irlandiyalı döyüşçünün bu sözlərinə yer verib:

“Beləliklə, UFC rəhbərliyi ilə növbəti döyüşümlə bağlı danışıq aparıram. Ya UFC-nin Ağ Evdə keçirəcəyi turnirdə dönəcəm, ya da başqa turnirdə. Nə vaxtsa yayda Makqreqorqayıdacaq”.

37 yaşlı döyüşçü sonuncu dəfə oktaqona 2021-ci ilin iyulunda keçirilən UFC 264 turnirində çıxıb. O, Dastin Porye ilə döyüşün elə ilk raundunda texniki nokautla uduzub.

Konorun xatırlatdığı turnir isə iyunun 14-də Vaşinqtonda – Ağ Evin çəmənliyində keçiriləcək. Həmin turnir ABŞ-nin müstəqilliyinin 250 illiyinə və prezident Donald Trampın doğum gününə həsr olunacaq.
Seçilən
61
1
football-plus.az

2Mənbələr