AZ

Azərbaycan güləşçiləri bu gün U23 Avropa çempionatında 5 medal qazanıb

Bakı. Trend:

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatıdavam edir.

Trend xəbər verirki, yarışın 2-ci günündə sərbəst güləş üzrə 5 çəkidə medalçılarmüəyyənləşib.

Vasif Bağırov (57 kq) finalda rusiyalı Ayanday Ondarlaqarşılaşıb. Görüşə yaxşı başlayan güləşçimiz 3:0 hesablı üstünlükəldə etsə də, sona doğru təşəbbüsü əldən verib – 3:7. Nəticədəgümüş medalla kifayətlənib.

Musa Ağayevin (65 kq) ermənistanlı Arman Musikyanla görüşüdramatik alınıb. Sonuncu dəqiqəyədək 0:4 hesabıyla geridə olanhəmyerlimiz əsl əzmkarlıq nümayiş etdirərək yekunda 6:4 hesablıqələbəyə sevinib. Bununla da bürünc medalı boynundan asıb.

Ramik Heybətov (70 kq) təsəlliverici görüşdə gürcüstanlı QoqaOtinaşvilidən güclü olub – 6:2. Bürünc medal uğrunda qarşılaşmadaUkraynalı Mikita Sariyevə şans tanımayan (10:0) Heybətov fəxrikürsünün 3-cü pilləsinə yüksəlib.

Səbuhi Əmiraslanov (79 kq) finalda rusiyalı İsmayıl Xaniyevləbacarmayıb – 0:11. Belədə Avropa çempionatını 2-ci pillədə başavurub.

Zəfər Əliyev (97 kq) üçüncü yer uğrunda türkiyəli EmirhanKılıçla gücünü sınayıb. Görüşə yaxşı başlamayan milli üzvü 0:9hesabıyla geri düşsə də, mübarizəni sonadək davam etdirib. Əslxarakter nümayiş etdirən Əliyev 19:9 hesablı qələbəylə bürüncmedala sahib çıxıb.

Beləliklə, millimiz qitə birinciliyinə 2 gümüş və 3 bürüncmedalla start verib.

Seçilən
121
4
az.trend.az

5Mənbələr