AZ

Ermənistana Azərbaycan vasitəsilə 1023 ton taxıl çatdırılacaq

Martın 11-də Rusiya taxılının növbəti partiyası Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana yola salınacaq.

Publika.az xəbər verir ki, bu partiya çərçivəsində 1023 ton taxıl yüklənmiş 11 dəmir yolu vaqonu göndəriləcək.

Qeyd edək ki, bu, mart ayı ərzində həyata keçirilən ikinci belə böyük daşınmadır. Belə ki, cəmi iki gün əvvəl — martın 9-da 488 ton taxıl daşıyan 7 vaqon Biləcəri stansiyasından Ermənistana doğru yola salınmışdı.

Daşınma prosesi aşağıdakı marşrut üzrə həyata keçirilir:

  • Yola düşmə nöqtəsi: Biləcəri Dəmiryol Stansiyası (Bakı);

Seçilən
26
50
publika.az

10Mənbələr