AZ

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib.
 
Moderator.az xəbər verir ki, dünən dörd oyun keçirilib.
 
Türkiyə təmsilçisi "Qalatasaray" İngiltərənin "Liverpul" komandasını qəbul edib.
 
Almaniya çempionu "Bavariya" İtaliyada "Atalanta"nın, İngiltərənin "Tottenhem" klubu isə İspaniyada "Atletiko"nun qonağı olub.
 
Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran İngiltərənin "Nyukasl" komandası İspaniya təmsilçisi "Barselona" ilə münasibətlərə aydınlıq gətirib.
 
UEFA Çempionlar Liqası
 
1/8 final mərhələsi, ilk oyunlar
 
10 mart
 
"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) 1:0
 
"Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə) 5:2
 
"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) 1:1
 
"Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya) 1:6
 
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları bu gün - martın 11-də baş tutacaq.
 
Seçilən
54
6
moderator.az

10Mənbələr