AZ

Ərdoğan: İrandakı münaqişə Ukraynada sülh axtarışına mane olmamalıdır

Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafındakı vəziyyəti, eləcə də Ukraynanın hava hücumundan müdafiə (HHM) sisteminə və enerji sektoruna dəstək məsələlərini müzakirə ediblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat verib.

 

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran ətrafındakı vəziyyəti müzakirə etdik. Biz müharibənin genişlənməsinə yol verməmək və həyatları qorumaq üçün təcrübəmizi bölüşməyə hazırıq, lakin eyni zamanda Ukraynanın öz HHM sistemini gücləndirməyə ehtiyacı var və biz tərəfdaşlarımızdan müvafiq dəstək gözləyirik", - o yazıb.

 

R.T.Ərdoğan bildirib ki, Türkiyə üçtərəfli formatda danışıqların növbəti mərhələsinə ev sahibliyi etməyə hazırdır. "Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə, Türkiyənin İstəklilər Koalisiyası çərçivəsində dəniz təhlükəsizliyinin təmin edilməsində rol oynamağa hazır olduğuna və Ukrayna energetikasına dəstək üzrə gələcək qərarlara görə Prezident Ərdoğana təşəkkür edirəm", - Zelenski əlavə edib.

 

Türkiyə lideri isə öz növbəsində yerli KİV-ə bildirib ki, İrandakı münaqişə Ukraynada sülh axtarışına mane olmamalıdır, danışıqları gecikmədən davam etdirmək lazımdır. O, Ukraynanın yaralarını sağaltmağın, yenidənqurma işlərinə başlamağın və daimi təhlükəsizliyin təmin edilməsinin vacib olduğunu bir daha vurğulayıb.

Seçilən
50
7
senzor.az

10Mənbələr