Bu gün Azərbaycan I Liqasında XVIII tur start götürür.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək və bütün oyunları saat 15:00-da start götürəcək turun ilk günündə bir matç baş tutacaq.
Turun açılış oyununda lider "Şəfa" ilə autsayder "Şimal" üz-üzə gələcək. Şamaxıda Xaçmaz təmsilçisinin qonağı olacaq Elgiz Kərəmlinin komandası həm fantastik məğlubiyyətsiz seriyasını artırmaq, həm də zirvədəki mövqeyini möhkəmləndirmək əzmindədir.
Qeyd edək ki, tura 13 martda yekun vurulacaq.
Azərbaycan I Liqası
XVIII tur
11 mart
15:00. “Şimal” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Samir Qaracayev, Rəşad Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
