Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Martın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% təşkil edəcək.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.