AZ

İsrailin Livana hücumlarında ölənlərin sayı 570-ə çatıb

Yazını böyüt
Yazını kiçilt

İsrailin Livana hücumlarının yenidən başlamasından bəri mülki şəxslər, eləcə də Hizbullah üzvləri ciddi şəkildə hədəfə alınıb.

Hafta.az yazır ki, Livan hökumətinin Fəlakət Risklərinin İdarə Edilməsi Bölməsinin açıqladığı son hesabata görə, hücumlarda ölənlərin sayı 570-ə çatıb.

Ən azı 1444 nəfər də yaralanıb.

Digər tərəfdən, son hücumların başlanğıcından bəri 760 min insan evindən didərgin düşüb.

İsrail, xüsusən də Cənubi Livan və paytaxt Beyrut üçün təxliyə xəbərdarlıqları etmişdi. Nəticədə yüzlərlə ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

Seçilən
31
hafta.az

1Mənbələr