AZ

130-dan çox ölkədən QHT təmsilçiləri BAKIYA GƏLİR

2026-cı il üzrə qrant müsabiqələrində WUF13 ilə bağlı beynəlxalq təşəbbüslər prioritet istiqamət kimi müəyyən edilib, bu istiqamətdə QHT Agentliyinə ümumilikdə 49 layihə daxil olub. Bu qrant layihələri çərçivəsində WUF13 pavilyonunda yerli və xarici QHT-lərin birgə tərəfdaşlığı ilə müxtəlif səpkili onlarla tədbirin keçirilməsi gözlənilir.

QHT.az xəbrə verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva  bildirib.

"COP29-da olduğu kimi, WUF13 zamanı da yerli QHT-lərin xarici tərəfdaşları ilə birgə pavilyonda tədbirlər keçirməsi üçün imkan yaradılacaq. Müvafiq qeydiyyat prosedurlarından keçmiş Azərbaycan QHT-ləri QHT Agentliyi tərəfindən ödənişsiz əsaslarla tədbir yerləri ilə təmin olunacaq. Bu tədbirlər üçün Agentliklə vaxtında koordinasiya işlərinin aparılması zəruridir. Şübhə etmirik ki, Azərbaycan QHT-ləri WUF13-də ölkəmizi layiqincə təmsil edəcək, yeni təcrübə, bilik və bacarıqlar qazanacaqlar.

Qlobal Cənub QHT Platformasının Katibliyindən əldə etdiyimiz məlumata görə, 116 ölkədən QHT-lərin iştirakı ilə ötən il təsis edilmiş Qlobal Cənub QHT Platforması bu ilin mayında “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Azərbaycanda Baş Assambleyasını keçirəcək. Burada 130-dan çox ölkədən QHT təmsilçilərinin iştirakı planlaşdırılır. QHT Agentliyi üçün bu qlobal tədbirin tərəfdaşı olmaq şərəfdir."

Seçilən
75
1
qht.az

2Mənbələr