AZ

“Enerji bazarında böhran dərinləşəcək.... Hindistan da gedişatdan ciddi narahatdır”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İrandakı rejimin Hörmüz boğazıyla bağlı siyasəti dəyişməyib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Hörmüz boğazının ya hamı üçün sülh və inkişaf boğazı, ya da müharibəni qızışdıranlar üçün məğlubiyyət və əzab boğazı olacağını bildirib. Bu o deməkdir ki, İrandakı rejim müharibə alovunu ətrafa yaymağa çalışır". 

"AzPolitika" xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu regionda baş verən hadisələri şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, Hörmüz boğazının atəş altında saxlanılması böyük dövlətlərdən Çinlə yanaşı Hindistanı da ciddi narahat edir: "Müharibənin ilk günlərində Hindistan bayrağı altında üzən, əsasən xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan ən azı 38 tanker Hörmüz boğazı ərazisində ilişib qalmışdı. Hindistanın gəmiçilik naziri Sarbananda Sonoval “The Times of India” qəzetinə verdiyi açıqlamada bildirmişdi ki, “Hörmüz boğazında ilişib qalan gəmilərdə min nəfərdən çox Hindistan dənizçisi var. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar isə martın 9-da parlamentdəki çıxışı zamanı bölgədəki münaqişə zonasında iki Hindistan vətəndaşının həlak olduğunu söyləmişdi".Politoloq Dehlini İranın Körfəz ölkələrinə raket və dron zərbələri də narahat etdiyini düşünür. "Çünki, Körfəz ölkələrində 10 milyona yaxın Hindistan vətəndaşı yaşayır və çalışır. Körfəz ölkələrinin Hindistanla illik ticarət dövriyyəsi 200 milyard dollara yaxındır", - o əlavə efir.E.Şahinoğlu xatırladır ki, digər önəmli məqam Hindistanın neft idxalının böyük hissəsi Körfəz ölkələrinin payına düşməsidir: "Buna görə də Dehli müharibənin qısa zamanda bitməsində maraqlıdır. Müharibə davam etdikcə Körfəz ölkələrində yaşayan və çalışan hindlilər özlərini təhlükəsiz hiss etməyəcəklər. Təsadüfi deyil ki, müharibə başlayandan bu yana 70 minə yaxın Hindistan vətəndaşı münaqişə bölgəsini tərk edib".Ekspert hesab edir ki, bu arada, Vaşinqtonun Hindistanın Rusiyadan neft alışına yaşıl işıq yandırması Dehli üçün əhəmiyyətli qərar olub: "Hindistanın enerji nəhəngi “Reliance Industries” şirkəti mart ayı üçün Rusiyadan ən azı 6 milyon barel xam nefti alıb. “Reuters” agentliyinin məlumatına görə, şirkət Rusiyanın ixrac markalı Urals neftini bazar qiymətlərindən nisbətən ucuz qiymətə alıb. Yaxın Şərqdə müharibə davam etdikcə, ABŞ Hindistanın Rusiyadan neft alışının əleyhinə çıxmayacaq. ABŞ maliyyə naziri Skott Bessent Hindistanın Rusiya neftinin alışına məhdudiyyətin müvəqqəti götürüldüyünu desə də, nə qədər ki, Yaxın Şərqdə müharibə davam edir, qadağanın yenidən tətbiqinin ehtimalı azdır. Gərgin vəziyyət Hindistanın neft ehtiyatını artırmasını diktə edir. “The Times of India” qəzeti Hindistanın kifayət qədər benzin, dizel və reaktiv yanacaq ehtiyatı olduğunu yazıb. Buna baxmayaraq, müharibənin aylarla uzanması dünya enerji bazarında böhranın dərinləşməsinə səbəb olacaq"."AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
4
azpolitika.info

6Mənbələr