AZ

İcma sədri: Qərbi Zəngəzur toponimlərinə aid lüğət mənəvi baxımdan əzəli torpaqlara qayıtmaqdır

Qərbi Zəngəzur toponimlərinə aid lüğətin hazırlanması mənəvi cəhətdən əzəli torpaqlara qayıtmaq deməkdir.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli Qərbi Zəngəzur toponimlərinin izahlı lüğətinin təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən lüğət Qərbi Azərbaycanla bağlı çox dəyərli kitabdır:

"Bu kitabın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, burada bizim tarixi toponimlərimiz izahları ilə birlikdə təqdim olunub. Ermənilərin yüzillər boyu saxtalaşdırdığı, yer üzündən silməyə çalışdığı toponimlərimizin hər birinin koordinatları müəyyənləşdirilib, coğrafiyası göstərilib, etimoloji izahı verilib".

Ə.Ələkbərli qeyd edib ki, bu kitabda tarixi Zəngəzur mahalının Azərbaycanın tarixi torpaqları olduğu təsbit olunub:

"Bu kimi kitablarla öz tarixi torpaqlarımıza mənəvi cəhətdən qayıdırıq və fiziki cəhətdən də qayıdacağıq. Çünki o torpaqlar bizim tarixi torpaqlarımızdır".

Seçilən
14
far.az

1Mənbələr