AZ

Hərbi qulluqçuların maaşı ARTDI: Bəs digər sahələr?

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov ölkədə hərbi qulluqçuların və Müdafiə Nazirliyinin mülki işçilərinin maaşlarında dəyişiklikləri təsdiqləyən Qərar imzalayıb.

Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” ilə yanaşı, “dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nə də şamil olunur. Bu artım nazirlikdə çalışan minlərlə şəxsin gəlirinə birbaşa təsir edəcək.

Məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov NOCOMMENT.az-a bildirib ki, hərbi qulluqçuların maaşlarının artırılması yalnız sosial rifah baxımından deyil, eyni zamanda iqtisadi aktivlik üçün də önəmlidir:

“Şəxsi gəlirlərin yüksəlməsi və nağd pulun bazara daxil olması yerli tələbatın artmasına, ümumi iqtisadi dövriyyənin sürətlənməsinə səbəb ola bilər”.

Əkrəm Həsənov

Həsənov əlavə edib ki, uzunmüddətli perspektivdə bu addım hərbi personalın sosial təminatını yaxşılaşdırmaqla onların xidmət keyfiyyətini yüksəldəcək və nazirliyin fəaliyyətinin effektivliyini artıracaq:

“Qərarın icrası üçün dövlət büdcəsində əlavə vəsaitin ayrılması zəruridir və bu, maliyyə balansına təsir edə bilər. Həsənov vurğulayır ki, sosial və strateji əhəmiyyət baxımından bu artım qaçılmazdır. Mülki işçilərin maaş artımı nazirlikdəki işçi motivasiyasını yüksəldir və qurumun ümumi performansına müsbət təsir göstərir”.

Əkrəm Həsənov həmçinin əlavə edib ki, bu cür artımların təsiri yalnız Müdafiə Nazirliyi ilə məhdudlaşmır:

Dövlət büdcəsində digər sahələrdə də əməkhaqqı artımları planlaşdırıla bilər, xüsusilə də sosial xidmət, səhiyyə və təhsil sektorunda.

“Son illərdə dövlət strukturlarında maaşların artırılması trendləri müşahidə olunur və hərbi sahədə baş verən artım digər sahələr üçün də stimul yarada bilər.

Maaş artımları həm də inflyasiya risklərini balanslaşdırmaq, işçi motivasiyasını qorumaq və peşəkar kadrları qoruyub saxlamaq üçün vacibdir. Dövlətin bu qərarı həm sosial rifahın yüksəlməsinə, həm də iqtisadi aktivliyin artmasına xidmət edir. Qərar həm hərbi qulluqçular, həm mülki işçilər üçün mühüm sosial təminat tədbiri olmaqla yanaşı, digər dövlət sektorları üçün də nümunəvi addım hesab edilə bilər”.

Tunar
NOCOMMENT.az

Seçilən
64
nocomment.az

1Mənbələr