AZ

"İstanbul Ukrayna üzrə danışıqlar platformasıdır"

Yazını böyüt
Yazını kiçilt

"Ukraynadakı vəziyyətin nizama salınmasına dair danışıqlar prosesi davam edəcək, lakin növbəti mərhələnin konkret tarixi və yeri hələ müəyyən edilməyib".

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlər üçün keçirilən brifinqdə bildirib. O qeyd edib ki, hazırda danışıqların davam edəcəyi barədə ümumi bir fikir var, lakin növbəti mərhələnin konkret məqamları hələ müəyyən edilməyib.

Peskov vurğulayıb ki, İstanbul danışıqlar üçün mümkün məkan ola bilər və bütün tərəflər buna müsbət yanaşır. Bununla belə, o əlavə edib ki, hazırkı şəraitdə danışıqların Əbu-Dabidə keçirilməsini nəzərdən keçirmək hələ mümkün deyil.

Eyni zamanda, Kremlin sözçüsü vurğulayıb ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların bütün iştirakçıları əvvəlki görüşlərin təşkilində göstərdikləri köməyə və üçtərəfli danışıqlar üçün yaradılan şəraitə görə Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Seçilən
28
3
hafta.az

4Mənbələr