AZ

“Qalatasaray” və “Fənərbağça”nın rəqibləri bəlli oldu

Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb və qarşılaşmalar bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” – “Gençlerbirliği” cütünün qalibi yarımfinalda “Samsunspor” – “Trabzonspor” cütünün qalibi ilə üz-üzə gələcək.

Digər yarımfinal yolunda isə “Beşiktaş” – “Alanyaspor” cütünün qalibi “Konyaspor” – “Fənərbağça” qarşılaşmasının qalibi ilə mübarizə aparacaq.

Beləliklə, Türkiyə Kubokunda yarımfinala yüksələcək komandalar bu oyunların nəticəsindən sonra müəyyənləşəcək.

Seçilən
20
idmanxeber.az

1Mənbələr