AZ

İqtisadiyyat nazirinin müavini Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 11 mart, AZƏRTAC

Martın 13-də iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xankəndidə vətəndaşlarla görüşəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş saat 12:00-dan etibarən Xankəndi şəhəri, Üzeyir Hacıbəyli küçəsi 2 ünvanında, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında keçiriləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

 

Seçilən
42
2
azertag.az

3Mənbələr