AZ

Vərəm xəstələri nə yesin?

“Vərəm xəstəliyi zamanı düzgün qidalanma müalicənin ayrılmaz hissəsidir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu  Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.

O qeyd edib ki, xəstəlik orqanizmdə enerji sərfini artırır, iştahanı azaldır və arıqlamaya səbəb olur:

“Vərəm xəstələrinin enerji ehtiyacı artır, çünki orqanizm infeksiyaya qarşı mübarizə aparır. Gündəlik qida rasionu adi insanlara nisbətən 10–20% daha kalorili olmalıdır. 

Zülal toxumaların bərpası və immun sisteminin güclənməsi üçün əsas qida maddəsidir və vərəm zamanı zülala olan ehtiyac daha da artır. Vitaminlər və mikroelementlər də immunitetin dəstəklənməsi üçün vacibdir. 

Maye qəbuluna xüsusi diqqət yetirmək lazımdır. Orqanizmin detoksifikasiyası və ümumi sağlamlığı üçün gündə 1,5–2 litr maye içmək tövsiyə olunur”.

 Həkim vurğulayıb ki, müəyyən  qidalanma rejimi olmalıdır: 

“Gündə 4–5 dəfə kiçik porsiyalarla, asan həzm olunan qidalar qəbul etmək, səhər yeməyini mütləq yemək lazımdır. Müalicə zamanı çox yağlı və ağır qidalar, həddindən artıq şəkər, spirtli içkilər, çox duzlu və emal olunmuş qidalardan uzaq durmaq vacibdir”.

Seçilən
17
6
cebheinfo.az

7Mənbələr