AZ

Tehranın Ermənistan məhəlləsindəki yaşayış binasına ziyan DƏYDİ

Tehranda raket zərbələri nəticəsində ermənilərin yaşadığı məhəllədə yaşayış binasına ziyan dəyib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin X sosial şəbəkəsində məlumat verilib.

Məlumata görə, Məcidiyə rayonunda yerləşən yaşayış binası ABŞ və İsrailin raket zərbələri nəticəsində zərər görüb.

Açıqlamada bildirilir ki, son məlumatlara əsasən, xoşbəxtlikdən əhali arasında itki yoxdur, lakin bəzi sakinlər dağıntılar altında qalıb.

Qeyd olunub ki, Məcidiyə Tehranın ən qədim erməni məhəllələrindən biridir. Məhəllə canlı həyatı və inkişaf etmiş infrastrukturu ilə tanınır və İran ermənilərinin bu ərazilərin formalaşması və inkişafında mühüm rolu olub.

Aminə ŞAHSUVARQIZI

Seçilən
58
1
redaktor.az

2Mənbələr