AZ

Həm dubl etdi, həm cəzalı duruma düşdü

style='margin-bottom:10px;'>

"Bavariya" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Atalanta"nı 6:1 hesabı məğlub edərək növbəti mərhələyə vəsiqəni təmin edib. Lakin bu matç komandanın ulduz vingeri Maykl Olise üçün bir o qədər də xoş sonlanmayıb.

QOL.az xəbər verir ki, "RMC Sport"un yaydığı məlumata görə, matçda dubl və məhsuldar ötürmə ilə yadda qalan fransalı futbolçu 77-ci dəqiqədə vaxtı uzatdığı üçün sarı vərəqə alıb. Hakim bir neçə dəfə xəbərdarlıq etsə də, Olisenin buna reaksiya verməməsi onun cəzalı duruma düşməsinə səbəb olub. Beləliklə, o, Almaniyadakı cavab oyununu buraxmalı olacaq.

Lakin məsələ bununla bitməyib. UEFA Olisenin bu hərəkətini araşdırmağa başlayıb. Qurumda futbolçunun 1/4 final mərhələsi öncəsi vərəqələrini bilərəkdən "sıfırlamaq" üçün bu addımı atdığına dair şübhələr yaranıb. Əgər Olisenin vərəqəni qəsdən aldığı sübut olunarsa, o, daha ağır sanksiyalarla üzləşə bilər.

Xatırladaq ki, UEFA qaydalarına görə, vərəqənin qəsdən alınması əlavə diskvalifikasiya ilə nəticələnə bilər.

Seçilən
43
1
teleqraf.com

2Mənbələr