AZ

Tottenhem indiyədək belə vəziyyətə düşməmişdi

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə Madriddə "Atletiko"ya 2:5 hesabı ilə uduzan "Tottenhem" klub tarixinin ən bərbad nəticəsinə imza atıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, London təmsilçisi ilk dəfə bütün turnirlərdə çıxdığı ardıcıl 6 oyunda məğlubiyyət acısı dadıb.

Daha öncə "mahmızlar" İngiltərə Premyer Liqasında (İPL) ardıcıl 5 oyunda uduzmuş və bu üzdən komandanın sabiq baş məşqçisi Tomas Frank istefaya göndərilmişdi.

"Tottenhem" - "Atletiko" matçı martın 18-də baş tutacaq. London təmsilçisi İPL-də növbəti oyununu "Enfild"də "Liverpul"a qarşı keçirəcək.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
2
fanat.az

3Mənbələr