AZ

Sağlamlığın dörd əsas əlaməti AÇIQLANDI

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Güclü sağlamlıqdan xəbər verən dörd əsas göstərici açıqlanıb. Bunlara əl sıxma gücü, istirahət zamanı dəqiqədə 18-dən çox olmayan nəfəs alma tezliyi, bir ayaq üzərində 30 saniyədən çox dayanmaq və eyni müddət ərzində plank vəziyyətini saxlamaq daxildir.

Redaktor.az xəbər verir ki, bu barədə İspaniyanın Deportivo La Coruña futbol klubunun dietoloqu Saul Sançes Arias "La Razon" nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, əsas göstəricilərdən biri istirahət zamanı nəfəs alma tezliyidir. Əgər insan dəqiqədə 18-dən çox nəfəs almırsa, bu ürək-damar sisteminin yaxşı işlədiyini göstərir. Belə nəfəsalma zamanı bədənin rahatlanmasına cavabdeh olan parasimpatik sinir sistemi daha aktiv işləyir və stress səviyyəsi azalır.

Sağlamlığın digər göstəricisi isə gözlər açıq vəziyyətdə bir ayaq üzərində 30 saniyədən çox dayanmaq qabiliyyətidir. Bu test sinir sisteminin vəziyyətini və hərəkət koordinasiyasını göstərir. Həkimin sözlərinə görə, balansın yaxşı olması beyinlə əzələlər arasında siqnalların düzgün ötürüldüyünü göstərir və daha uzun ömürlə əlaqəli ola bilər.

Üçüncü göstərici isə ən azı 30 saniyə plank vəziyyətində qala bilməkdir. Mütəxəssis bildirir ki, bu hərəkəti daha uzun müddət yerinə yetirə bilən insanlarda daxili orqanların ətrafında toplanan visseral yağın miqdarı adətən daha az olur.

Sağlamlığın digər mühüm göstəricisi əl sıxma gücüdür. Bu göstəricinin zəifləməsi müxtəlif xəstəliklərin riskinin artması ilə əlaqələndirilir. Ekspert qeyd edir ki, bunu sadə üsulla yoxlamaq mümkündür: əlavə alətlərdən istifadə etmədən bir bankanın qapağını əllə açmağa çalışmaq.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
redaktor.az

2Mənbələr