AZ

Gənc qızın dırnaq yemək vərdişi pis SONLANDI

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Dırnaq yemək vərdişi 21 yaşlı Qebbi Sverjevski üçün yaxşı sonlanmayıb.

Redaktor.az bu barədə "Metropoles" nəşrinə istinadla məlumat verir. 

Sverjevski bildirib ki, əvvəlcə barmağında yaranan ağrını dırnağın ətə batması ilə əlaqələndirib. Onun sözlərinə görə, dırnaqlarını yemək vərdişi olduğu üçün belə problemlər onda tez-tez baş verirdi. Lakin bir müddət sonra ağrı daha da güclənib və o, xəstəxanaya müraciət edib. Həkimlər infeksiyanın müalicəsi üçün ona antibiotik və xüsusi məlhəm təyin ediblər. Müalicə nəticə vermədiyi üçün gənc qadın yenidən tibb müəssisəsinə müraciət etməli olub.

Həkimlər bir neçə dəfə barmaqdakı irini təmizləsələr də, vəziyyət getdikcə pisləşib. Ağrı artıb, barmaq qaralmağa başlayıb və şişkinlik azalmayıb. Nəticədə infeksiyaya yoluxmuş sahənin təmizlənməsi üçün təcili əməliyyat təyin edilib.

Həkimlər infeksiyanın sümüyə keçə biləcəyindən ehtiyat edərək barmağın amputasiya olunmasının da mümkün olduğunu bildiriblər. Lakin sonda radikal addıma ehtiyac qalmayıb və barmağı xilas etmək mümkün olub.

Bu hadisədən sonra Sverjevski dırnaqlarını yemək vərdişindən imtina etdiyini bildirib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
1
redaktor.az

2Mənbələr