
“Napoli” Şotlandiya millisinin yarımmüdafiəçisi Skott Maktominey ilə müqaviləni uzatmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky Sports” “Il Mattino”ya istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, “Napoli” klubu şotlandlıya 2030-cu ilin yayına qədər müqavilə təklif etmək istəyir. Maktominey komandanın əsas oyunçularından biridir, lakin o, komandanın ən çox qazanan beş oyunçusu arasında deyil. Bu vəziyyət yeni müqavilə ilə dəyişəcək.