AZ

Naxçıvana dron hücumu narahatlıq doğurur - Türkiyənin ordu generalı (FOTO)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında Azərbaycan RespublikasıPrezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov TürkiyəRespublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordugeneralı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşüb.

Trend bu barədəNaxçıvan Muxtar Respublikasında Azərbaycan RespublikasıPrezidentinin səlahiyyətli nümayəndəliyinə istinadən xəbərverir..

Bildirilib ki, səlahiyyətli nümayəndə Ceyhun Cəlilov görüşzamanı Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaqdəyərlərə və qarşılıqlı etimada əsaslanan münasibətlərin dinamikinkişaf etdiyini qeyd edib. Vurğulayıb ki, müstəqil Azərbaycan bugün müzəffər lideri, güclü dövləti, qüdrətli ordusu və vətənpərvərxalqı ilə dünya arenasında fəxrlə addımlayır. Azərbaycan vəTürkiyənin "Bir millət, iki dövlət" anlayışı ilə əsrlərə dayanandostluq və qardaşlıq münasibətləri siyasi, iqtisadi, hərbi, mədənivə digər sahələrdə dərinləşməkdədir.

Ceyhun Cəlilov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qələbəsi iləbaşa çatan 44 günlük Vətən müharibəsi dövründə, eləcə də bütünsahələr üzrə Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəkölkəmizdə yüksək qiymətləndirilir.

Səlahiyyətli nümayəndə Naxçıvan Beynəlxalq Hava Limanının dronhücumuna məruz qalması nəticəsində Naxçıvan–Bakı və əksistiqamətlərdə uçuşların müvəqqəti dayandırılmasına da toxunub.Qeyd edib ki, muxtar respublika ilə ölkəmizin əsas hissəsi arasındasərnişin daşımalarının fasiləsizliyini təmin etmək məqsədilə 5-9mart tarixlərində Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslərintəşkil olunması qardaş ölkə ilə dostluq və müttəfiqlikmünasibətlərimizin əyani ifadəsidir.

Ceyhun Cəlilov, həmçinin Naxçıvan Muxtar Respublikası iləTürkiyə Respublikası arasında Sədərək-Dilucu gömrük-keçid məntəqəsivasitəsilə gediş-gəlişin təmin olunmasında mühüm rol oynayan, “Birmillət, iki dövlət” kəlamının rəmzinə çevrilən “Ümid” körpüsününÜmummilli Lider Heydər Əliyev və Türkiyə Respublikasının Baş naziriSüleyman Dəmirəlin iştirakı ilə istifadəyə verildiyinixatırladıb.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarınınkomandanı ordu generalı Metin Tokel strateji müttəfiqliyə əsaslananhərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından qarşılıqlısəfərlərin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Ordusunun davamlıinkişaf etdiyini və bunun qardaş Türkiyədə böyük məmnunluqdoğurduğunu qeyd edib.

Metin Tokel Naxçıvan Muxtar Respublikasına dron hücumununnarahatlıq doğurduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Türkiyə strateji əməkdaşlığının müxtəlifistiqamətləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Naxçıvana
Naxçıvana
Naxçıvana
Naxçıvana
Naxçıvana
Məqalədə:
Seçilən
44
4
az.trend.az

6Mənbələr