AZ

Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası YARADILDI - FOTO

Azərbaycan Milli Olimpiya Komitəsində təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.

Bizim.Media xəbər verir ki, Milli Olimpiya Komitəsinin yaydığı məlumata görə, komissiyanın sədri Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev təyin edilib.
 

Komissiyanın tərkibində Təhminə Tağızadə - Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru, Xəzər İsayev - Ədalətli Oyunlar Komissiyasının sədri, Fəridə Əzizova - Atletlər Komissiyasının sədri və Elgün Səfərov - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri yer alıblar.


Qeyd olunur ki, bu yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.


Bizim.Media

Seçilən
109
10
bizim.media

10Mənbələr